“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC yenidən təşkil olunub.
Viral.az xəbər verir ki, bu, səhmdar cəmiyyətinə məxsus digər şirkətin – “ADY Konteyner” MMC-nin ona qoşulması ilə baş verib.
Son nəticədə “ADY Konteyner”ə məxsus 5 000 830 manatlıq nizamnamə kapitalı “ADY Ekspress”in hesabına köçürülüb. Bununla da, onun kapitalı 1 911 634 manatdan 6 912 464 manata çatdırılıb.
Son Yazılar:
- Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR
- Təşkilatın əhatə dairəsi getdikcə genişlənir
- Daha bir güləşçimiz Avropa çempionatında medal QAZANDI
Birləşmə ADY-nin Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilib.