İsrailin “El Al” aviaşirkəti “Rusiya hava məkanındakı hadisələr” səbəbindən Tel-Əvivdən Moskvaya uçuşları növbəti həftə ərzində dayandırmaq qərarını verdiyini açıqlayıb.
Viral.az xəbər verir ki, bu barədə “Kanal 7” şirkətin bəyanatına istinadən məlumat verib.
Daşıyıcı bu qərarı Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinə məxsus Embraer 190 təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından sonra qəbul edib.
Son Yazılar:
- İlham Əliyev bu dövlət qurumunu ləğv etdi
- AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları DAYANDIRDI
- Təyyarədəki sərnişinlər qəlpə yarası alıb? – Şahid: "Partlayış oldu"
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.