Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.
Viral.az “Report”a istinadən məlumat verir ki, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.
Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.
Son Yazılar:
- Daha 2 tiktoker həbs olundu
- “Sübutlar Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir” – Ağ Ev
- İran kütləvi hərbi təlimlər keçirəcək
Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.