Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənmiş “2025-ci il dövlət büdcəsi haqqında” qanunda iğaldan azad edilmiş bölgələrdə yaradılan Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsaitin həcmi məlum olub.
Viral.az-ın büdcə qanununa istinadən verdiyi məlumata görə, gələn il Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsait aşağıdakı kimi müəyyən olunub:
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs – 9 552 590.0 manat;
Son Yazılar:
- Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR
- Təşkilatın əhatə dairəsi getdikcə genişlənir
- Daha bir güləşçimiz Avropa çempionatında medal QAZANDI
“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs – 6 900 290.0 manat;
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs – 4 889 900.0;
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs – 13 586 720.0;
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs – 4 889 435.0.