Ukrayna Suriyaya humanitar yardım göndərib.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “X” platformasındakı paylaşımında bildirib.
Məlumatda qeyd edilib ki, Ukraynadan 500 ton buğda ununun humanitar proqram çərçivəsində BMT-nin Qida Proqramı (WFP) ilə birgə Suriyaya göndərilməsi artıq başlanıb.
Son Yazılar:
- Daha 2 tiktoker həbs olundu
- “Sübutlar Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir” – Ağ Ev
- İran kütləvi hərbi təlimlər keçirəcək
Humanitar yardım növbəti həftələrdə 33 250 ailə və ya 167 000 insana çatacaq. Hər bir paket 15 kiloqramdır və beş nəfərlik bir ailəni bir ay ərzində təmin edəcək: “Vəd verdiyimiz kimi, biz suriyalılara ehtiyacı olan anlarda dəstək veririk. Biz Suriyaya və onun xalqına təhlükəsizlik, sabitlik və bərpa arzulayırıq”, – Zelenski vurğulayıb.