Bu gün 3×3 basketbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milliləri Avropa kubokunda növbəti matçlarını keçirəcək.
Viral.az xəbər verir ki, Kosovanın paytaxtı Priştinada keçirilən turnirin ikinci günündə ilk olaraq qadın basketbolçularımız meydana çıxacaq.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
Saat 14:25-də başlayacaq matçda yığmamızın rəqibi Lüksemburq olacaq.
Raşa Deliçin yetirmələri ilk görüşdə Malta ilə qarşılaşıb və 17:14 hesabı ilə qələbə qazanıb.
Kişilərdən ibarət yığma isə Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 14:50-də çalınacaq.
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi dünən üç oyun keçirib. Komandamız Ermənistan (21:9), Kosovo (14:10) və Kipr, (21:16) seçmələrini üstələyib.