“Sübutlar Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Rusiya tərəfindən vurulduğunu göstərir”.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
“Bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər müşahidə etmişik” – deyən o bildirib ki, ABŞ hökuməti Qazaxıstan və Azərbaycan rəsmilərinə istintaqda kömək etməyi də təklif edib.