Rumıniya Prezidenti İlham Əliyevə başsağlığı VERDİ

Rumıniya Prezidenti İlham Əliyevə başsağlığı VERDİ

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Viral.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

“Cənab Prezident.

Son Yazılar:

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy olduğumuzu bildirirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.