“Yuventus” “Atletiko”nun hücumçusu Alvaro Moratanı yenidən transfer edə bilər.
Viral.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Turin təmsilçisinin bu qərarı komandanın hücumçusu Arkadiuş Milikin zədə alması və təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalması ilə əlaqədardır.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Bildirilir ki, ispaniyalı futbolçu A Seriya klubuna qayıtmaq qərarına gəlsə, maaşını azaltmalı olacaq.
31 yaşlı oyunçu artıq 2014-2016-cı illərdə, daha sonra isə 2020-2022-ci illərdə “Yuventus”da çıxış edib. Onun “Atletiko” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.