Direktorun meyiti işlədiyi məktəbdən tapıldı

Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Xızı şəhər tam orta məktəbdə qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun axşam yaşadığı ünvandan idman etmək məqsədilə çıxdığı bildirilib.

Son Yazılar:

Lakin bu gün səhər saatlarında direktorun meyiti işlədiyi məktəbdə tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.