Londonun “St John’s Wood” ərazisində yerləşən evlərdən birindən 10 milyon funt sterlinqdən çox dəyərində zinət əşyası və 150 min funt sterlinq (ümumilikdə 12.7 milyon dollar) dəyərində dizayner çantaları oğurlanıb.
Viral.az xəbər verir ki, London polisinin verdiyi məlumata görə, “Avenue Road” ünvanında yerləşən evə 20-30 yaşlarında ağdərili bir kişi ikinci mərtəbədəki pəncərədən dırmaşaraq daxil olub. O, çox bahalı olan “Hermes Crocodile Kelly” çantalarını, 15 min funt sterlinq nağd pulu və ümumi dəyəri 10.4 milyon funt sterlinq olan zinət əşyalarını oğurlayıb.
Son Yazılar:
- Almaniya XİN rəhbəri ölkəsindəki ABŞ bazalarının taleyini müzakirə etməlidir
- Kanada Baş nazirinin istefası yenidən müzakirə ediləcək
- Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
Zərərçəkənlər cinayətkarın tutulması və məhkum edilməsinə səbəb olacaq məlumat üçün 500 min funt sterlinq mükafat təklif ediblər.
Oğurlanan əşyalar arasında “De Beers” brendinə aid iki kəpənək formalı almaz üzük, “Katherine Wang” tərəfindən hazırlanmış çəhrayı sapfirli kəpənək formasında sırğalar, həmçinin qızıl, almaz və sapfirdən hazırlanmış “Van Cleef” boyunbağı kimi xüsusi əşyalar var.
Qeyd edək ki, “Avenue Road” Londonda ən bahalı mülklərin yerləşdiyi küçələrdən biridir.