Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.
Viral.az xəbər verir ki, bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını da istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Yalnız sorğuda iştirak edənlərin 1%-i cavab verməkdə çətinlik çəkib.
Son Yazılar:
- “PSJ” 13-cü dəfə Fransa Superkubokunun qalibi OLDU
- Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul EDİLƏCƏK
- Meksika miqrantlara görə böhranla üzləşə BİLƏR
Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.
Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq.
Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.