Ukrayna hakimiyyəti 2024-cü ildə təxminən 200 min insanı səfərbərliyə cəlb edib.
Viral.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr xatırladır ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı 2024-cü ildə münaqişədə iştirak etmək üçün 500 min insanı səfərbər etməyə çağırıb.
Son Yazılar:
- Metroda gediş haqqı artırılır?
- Bu quruma yeni mətbuat katibi təyin EDİLDİ
- Mayora hücum edənlər bu maddə ilə ittiham edilir
Lakin Ukrayna lideri Volodimir Zelenski bu rəqəmin çox yüksək olduğunu əsas gətirərək Zalujnının təklifini qəbul etməyib. Nəticədə Kiyev cəmi 200 minə yaxın insanı səfərbər etdi.
Qəzet yazıb ki, eyni zamanda, Zelenski Vaşinqtonun hərbi xidmətə çağırış yaşını 18 yaşa endirmək tələblərini rədd edib.