“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacağını bildirib.
Viral.az xəbər verir ki, bu barədə “Sky Sports”dan məlumat verilib.
“Mən həqiqətən Liverpulla Premyer Liqanı qazanmaq istəyirəm. Bu mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”, – Salah deyib.
Son Yazılar:
- “PSJ” 13-cü dəfə Fransa Superkubokunun qalibi OLDU
- Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul EDİLƏCƏK
- Meksika miqrantlara görə böhranla üzləşə BİLƏR
Misirli yeni müqavilə ilə bağlı klubla onun arasında heç bir irəliləyiş olmadığını da qeyd edib. Hazırkı müqavilə bu mövsümün sonunda, 2025-ci ilin ayında başa çatır.
32 yaşlı futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, klubda 375 matçda 231 qol vurub və 105 məhsuldar ötürmə edib.