Azərbaycanda yeddi günlük bayram tətili başlayıb.
Viral.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Son Yazılar:
- Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə TUTDU
- HƏMAS girov götürdüyü iddia edilən israilli qızın videosunu YAYDI
- Avstriyanın kansleri Karl Nehammer istefa VERƏCƏK
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – dekabrın 31-i, Yeni il bayramı – 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl – 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.