Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır və beynəlxalq ictimaiyyət bu işdə kömək etməlidir.
Viral.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
“Keçən həftə Suriyaya olan nümayəndə heyətimiz artıq geri qayıdıb, ekspertlər ölkənin enerji infrastrukturunun o qədər də qənaətbəxş olmadığı qənaətinə gəliblər”, – nazir deyib.
Son Yazılar:
- Azərbaycan-İran sərhədində zəlzələ OLDU
- ABŞ Suriya ilə maliyyə əməliyyatlarını sanksiya altından ÇIXARTDI
- Türkiyə klubu çempionatdan ÇƏKİLDİ
Bayraktar Türkiyədən Suriyaya, xüsusilə Hələb və Afrin şəhərlərinə elektrik enerjisinin tədarükünə başladığını da açıqlayıb.
“Biz bu tədarükləri cənuba daha da genişləndirə bilərik, bundan əlavə, dizel generatorları üçün yanacaq tədarük edə bilərik”, – nazir qeyd edib.
//Report