Azərbaycan təyyarəsini istiqamətləndirən dispetçer dindirilib

Azərbaycan təyyarəsini istiqamətləndirən dispetçer dindirilib

Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan hava məkanından Qazaxıstana doğru istiqamətləndirən dispetçer keçmiş futbolçu Ali İdrisov olub.


Viral.az xəbər verir ki, bu barədə Teleqram kanallarında bildirilib.

Ali İdrisov Qroznının “Terek” klubunun keçmiş oyunçusudur.

Son Yazılar:

Qeyd olunur ki, əvvəlcə GPS sistemindən məhrum edilən təyyarə ardınca “Pantsir” raketilə vurulub.

Qroznıda təyyarəni koordinasiya edən dispetçer Ali İdrisovun sözlərinə görə, o, “xalça” planından təyyarənin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.

“Xalça” planı havada fövqəladə, müstəsna hallarda tətbiq olunur.

Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.

 

Dünən müstəntiqlər İdrisov başda olmaqla, Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşlarını dindiriblər.