İsrailin qabaqcıl aviadaşıyıcısı “El Al” bildirib ki, Tel-Əvivdən Moskvaya uçuşların dayandırılmasını 2025-ci il martın sonuna qədər uzatmaq qərarına gəlib.
Viral.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri bildirib.
“Vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra “El Al” qış cədvəlinin sonuna qədər Tel-Əviv-Moskva marşrutu üzrə bütün əməliyyatlarını dayandırır”, – aviaşirkətin bəyanatında deyilir.
Son Yazılar:
- HƏMAS girov götürdüyü iddia edilən israilli qızın videosunu YAYDI
- Avstriyanın kansleri Karl Nehammer istefa VERƏCƏK
- Cəbhədəki ukraynalı hərbçilər sülh danışıqları ideyasını daha çox dəstəkləyirlər
Aviaşirkət bu qərarı 25 dekabrda Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin qəzasından sonra mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq qəbul etdiyini bildirib.