Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.
Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.
Son Yazılar:
- Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir?
- Sergen Yalçın köhnə işinə qayıdır: 3,5 milyon avroya razılaşdı
- Hazırda bu yollarda sıxlıq var
Nazirliyinin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşaraq
Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.