Sergen Yalçın köhnə işinə qayıdır: 3,5 milyon avroya razılaşdı

Sergen Yalçın köhnə işinə qayıdır: 3,5 milyon avroya razılaşdı

Sergen Yalçın yenidən “Beşiktaş”ın baş məşqçisi olacaq.

Viral.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssislə anlaşıb.

Yalçınla 3,5 illik müqavilənin imzalanacağı gözlənilir. O, bu postda niderlandlı Covanni van Bronkhorstu əvəzləyəcək.

Son Yazılar:

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək “Beşiktaş”ın baş məşqçisi olan mütəxəssis Türkiyə Superliqasını və Kubokunu qazanıb.