Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Son Yazılar:
- İranda toyda rəqs edən 60 nəfərə cinayət işi AÇILDI
- Dünyanın ən yaşlı olimpiya çempionu vəfat ETDİ
- Zaqatalada itləri kim kütləvi şəkildə güllələyir?
Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.
“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, – nazirlikdən bildirilib.
Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.