Cənubi Sendviç adalarının sahilində 6,2 maqnitudalı zəlzələ baş verib.
Viral.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə 17:48) Cənubi Georgiya və Cənubi Sendviç adaları akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların ocağı 78 km dərinlikdə yerləşib.
Təbii hadisədən sonra dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Son Yazılar:
- Vinisius bu kobudluğuna görə 12 oyuna qədər diskvalifikasiya oluna bilər
- Xərçəngə qarşı peyvəndin hazırlanmasında irəliləyiş əldə OLUNDU
- Bakıda avtobus avtomobilə çırpıldı – ölən və yaralanlar var
Qeyd edək ki, sözügedən adalar qrupu Atlantik okeanın cənubunda, Amerika qitəsinin yaxınlığında yerləşir. Cənubi Corciya və Cənubi Sendviç adaları Birləşmiş Krallığın Argentina ilə mübahisə edilən Folklend adalarının asılı ərazisidir.