Rusiyanın “Sibir” aviaşirkətinin “Airbus 321A” təyyarəsi bu gün səhər Moskvadan Norilskə (Krasnoyarsk diyarı) gəldikdən və hava limanında eniş etdikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb.
Viral.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
“İlkin məlumata görə, bu gün saat 08:00 radələrində “Sibir” aviaşirkətinin Moskvadan uçuş həyata keçirən “Airbus 321A” təyyarəsi N.N.Urvantsev adına Norilsk beynəlxalq hava limanında eniş başa çatdıqdan sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb”, – məlumatda bildirilib.
Son Yazılar:
- Zelenski Ostinlə döyüş meydanındakı vəziyyəti müzakirə ETDİ
- Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır
- ABŞ diplomatı bu məsələ ilə bağlı Türkiyədədir
Qeyd olunub ki, təyyarədə 79 sərnişin olub, hava gəmisi müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.
Moskvaya reysin yerinə yetirilməsi üçün ehtiyat təyyarə ayrılıb, uçuş saat 15:30-a planlaşdırılıb.