II və III qrupların imtahan cavabları bu tarixdə açıqlanacaq

Mayın 26-da keçirilən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 49 minə yaxın abituriyent iştirak edib.

 

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb.

Son Yazılar:

 

Bəs imtahan cavabları nə vaxt açıqlanacaq?

 

Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə açıqlanacaq.

 

Qeyd olunub ki, imtahan cavablarının gələn həftənin əvvəli elan olunması nəzərdə tutulur.