Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Belarusa rəsmi səfərə gedib.
Viral.az xəbər verir ki, bu barədə Belarus Milli Məclisinin (parlamentin yuxarı palatası) mətbuat xidməti məlumat yayıb.
Son Yazılar:
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
“Biz dövlət başçılarımızın müəyyən etdiyi münasibətlərin və razılaşmaların inkişafına yönələcək parlament fəaliyyəti xətti ilə gələcək əməkdaşlığımızla bağlı bütün məsələləri müzakirə edəcəyik”, – Respublika Şurasının sədri Natalya Koçanova S.Qafarovanı salamlayaraq bildirib. O xatırladıb ki, danışıqlar Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana rəsmi səfərindən sonra baş tutur.
Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Sergey Sives artıq Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə görüşüb. Görüşdə milli təhlükəsizlik və rəqəmsal texnologiyaların inkişafı da daxil olmaqla əməkdaşlığın prioritet sahələri müzakirə edilib.
Nümayəndə heyətinin səfər proqramına hökumət rəhbərliyi, parlament palataları ilə görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması, Belarus Dövlət Universitetinə səfər və digər tədbirlər daxildir.