Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Son Yazılar:
- Münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir
- İlham Əliyev Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə TOXUNDU
- Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik
Məlumata görə, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.