Bələdiyyə seçkilərində 16174 namizəd mübarizə aparacaq.
Viral.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri bildirib ki, onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür.
Son Yazılar:
- Bu istiot ağciyər xərçənginin qarşısını ala bilər
- İlon Mask bu məşhur futbol klubunu almaq istəyir
- İlham Əliyev Qərbi Azərbaycan məsələsindən DANIŞDI
Bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25685 nəfərdir.
Qeyd edək ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsimüddəti 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək olan dövrü əhatə edib. Dairə seçki komissiyaları sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməli idi.