“Anam əməliyyat olunub, evə gətirmişik. Atamın isə xəstəxanada müalicəsi davam edir”.
Viral.az xəbər verir ki, bunu musavat.com-a mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva ötən il partlayış nəticəsində xəsarət alan valideynlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, valideynlərinin səhhəti normallaşmağa doğru gedir:
Son Yazılar:
- Hərbi biletlərlə bağlı əhaliyə VACİB XƏBƏR: “Reallaşmadı”
- bu siniflər üzrə monitorinqlər keçiriləcək
- Xırdalanda arvadını pəncərədən atan şəxsə hökm OXUNDU
“Anamdan rahatıq, evdə yanımızdadır. Atamın isə xəstəxanada müalicəsi davam edir. Hazırda valideynlərimin səhhəti ilə məşğul oluram deyə partlayışda dağılan evin təmiri barədə düşünməyə zamanım yoxdur. Sonra həmin evlə bağlı hansısa qərar verəcəyik”.
Qeyd edək ki, ötən ilin dekabrın 3-də səhər saatlarında evdə baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıblar.