Cəlilabaddan acı xəbər – Yaralılar var 

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Viral.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunda qeydə alınıb.

Son Yazılar:

 

İdarəetmədən çıxan avtomobil park halında olan “Ford” markalı maşına çırpılıb.

 

Hadisə zamanı xəsarət alan iki nəfər – Eldar Bayramov və Rəhim Mustafayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.