79 yaşında qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişən məşhur türkiyəli sənətçi Ferdi Tayfurun miras qoyduğu sərvətin həcmi ilə bağlı söz-söhbətlər gündəmdən düşmür.
Viral.az xəbər verir ki, bu barədə oxu.az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, Ferdi Tayfur özündən sonra 86 mənzil, yeddi villa, Marmarisdə bir yarımada və bir çox daşınmaz əmlak miras qoyub. Onun İstanbul və Adanadakı mənzillər, Türkiyə sərhədləri daxilindəki torpaq sahələri və həyata keçirdiyi işlərdən əldə etdiyi gəlirlər də daxil olmaqla, təxminən üç milyard lirəlik sərvətə sahib olduğu düşünülür. Bu məbləğin isə Tayfurun müxtəlif münasibətlərindən dünyaya gələn beş övladı arasında bölünəcəyi bildirilir. Bu hesablamaya görə, bu sərvətdən hər uşağa 600 milyon lirə pay düşəcək.
Son Yazılar:
- Azərbaycan çempionatında “Neftçi” qələbə QAZANDI
- Çəkisi 6 kq-dan çox olan uşaq doğuldu
- Bakıda restoranda saxta alkoqollu içkilər aşkarlandı
Qeyd edilir ki, Ferdi Tayfur Marmarisdə yaşadığı yer üçün həmişə “Cənnətim” ifadəsini işlədirmiş. Bu gün Tayfurun sahib olduğu yarımada bölgədəki daşınmaz əmlak agentləri tərəfindən ən azı 12 milyon dollar dəyərində qiymətləndirilir. Yəni bu ərazinin qiyməti ən azı 400 milyon Türkiyə lirəsidir.