“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
Viral.az xəbər verir ki, “qışda gedənlər karvanı”na daha bir legioner qoşulub.
Söhbət “flaqman”ın sen martinli vingeri Kilan Lebondan gedir.
Son Yazılar:
- Çəkisi 6 kq-dan çox olan uşaq doğuldu
- Bakıda restoranda saxta alkoqollu içkilər aşkarlandı
- Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi
Özünü komandada xoşbəxt hiss etməyən Lebon ayrılıqla bağlı istəyini məşqçilər korpusuna və rəhbərliyə bildirib.
Kilanın bu müraciəti müsbət qarşılanıb və onla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Mövsümün əvvəlində Roman Qriqorçukun dəvəti ilə yenidən komandaya qoşulan və klubla yeni müqavilə imzalayan Lebonun qış fasiləsində özünə yeni komanda tapdığı bildirilib.
Samir Abasovun da performansından narazı olduğu Kilan Lebon demək olar ki, gedişini yaya saxlamayıb.
Bu ayrılıqla bağlı rəsmi açıqlamanın klub tərəfindən yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Lebon 2023-cü ilin yanvar ayında qoşulub. 2025-ci ilin iyul ayında müqaviləsi bitəcək futbolçu bu mövsüm “Neftçi” forması ilə 16 matçda iştirak edib.