Bakının bu yollarında TIXAC var 

Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

 

Viral.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Son Yazılar:

 

Hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 

2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

 

3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

 

5. “20 Yanvar” dairəsində;

 

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

 

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

 

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

 

10. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.