Zaqatala yeni doğulan körpə ölümü baş verib.
Viral.az xəbər verir ki, yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib.
Son Yazılar:
- Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf ETDİ
- Ağcabədidə həyətyanı sahələri su basıb
- Uitkoff Parisdə “Mossad”ın rəhbəri ilə görüşüb
X. Didiyevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, bu, X. Didiyevanın üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.