Ermənistan Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı təkliflər göndərib və müsbət cavab alacağı təqdirdə onu imzalamağa hazırdır.
Viral.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.
“Sülh sazişinin razılaşdırılmamış iki maddəsi üzrə həllər təklif etmişik və Azərbaycan müsbət cavab verəcəyi təqdirdə sazişi imzalamağa hazırıq”, – o qeyd edib.