-->

Vüqar Həşimovun atasının dəfn yeri açıqlandı

Vüqar Həşimovun atası vəfat ETDİ

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə Viral.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək.

Son Yazılar:

14:36

***

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Bu barədə Viral.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Novxanıda yaşadıqları evdə baş verən partlayışda mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov və anası Aida Həşimova xəsarət alıb.

TƏBİB-dən verilən məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan Həşimov Qasım Murtuz oğlunun yanvarın 8-də saat 12:55-də ölüm faktı qeydə alınıb.

Pasiyentin ölümünün ilkin səbəbi kimi poliorqan çatışmazlığı qeyd olunur. Bildirilib ki, göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.