“Air Astana” aviaşirkətinin Almatıdan Antalyaya uçan təyyarəsi nasazlıq səbəbindən Aktauda təcili eniş edib.
Viral.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən “Airbus A321” tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub”, – məlumatda bildirilib.
Son Yazılar:
- Maskı DOGE-də OMB rəhbəri əvəz edə bilər
- Alimlər hər 5-ci insanın hansı xəstəlikdən əziyyət çəkdiyini müəyyənləşdirdi
- Zelenski Londonda Ukrayna ilə bağlı görüşün tarixini AÇIQLADI
Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib.
“Sərnişinlər yeməklə təmin olunub və mehmanxanaya yerləşdirilib. Antalyadakı sərnişinlərlə də bağlı analoji tədbirlər görülür”, – aviaşirkət bildirir.