Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Əli Elşən oğlu Nağıyevin nəşi Gəncəyə gətirilib.
Viral.az Report-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Nağıyev Əli Elşən oğlunun nəşi ailəsinə təhvil verilib. Bir neçə saatdan sonra yaxınlarının yaşadığı evin önündə vida mərasimi başlayacaq.
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
Xatırladaq ki, hadisə dünən baş verib. DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirib ki, hərbi hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.