Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Viral.az xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb.
“Mitsubishi” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib.
Son Yazılar:
- “Mançester Yunayted” futbolçusu ilə müqavilə müddətini artırdı
- Bu şəhərdə suyun verilişi DAYANDIRILDI
- Azərbaycanda alim vəfat etdi – FOTO
Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb.