Zərdabda narkokuryerlər SAXLANILDI

Zərdabda iki narkokuryer saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Viral.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar. Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Son Yazılar:

 

Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.