İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “ABC-Telecom” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Viral.az-a Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, şirkət tərəfindən keyfiyyətsiz (müqavilə şərtlərinə uyğun olmayan) mal satılıb və malın dəyişdirilməsi və ya geri qaytarılmasından imtina edilib.