Dövlətə xəyanətdə ittiham olunan Hicran Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov, Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Viral.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16, 5 il, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il və Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Son Yazılar:
- Kişi və qadın beyinləri fərqli imiş
- Bir çox ölkələr çörək əvəzinə bunu YEYİRLƏR
- Orqanizminiz laktoz qəbul ETMİR?
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə onlara Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.