Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin həkimləri ağır vəziyyətdə olan körpəni xilas ediblər.
Viral.az xəbər verir ki, bu barədə Mərkəzin sosial media hesabında məlumat verilib.
Bildirilib ki, ötən ilin dekabrın 28-də Masallı rayonundan olan 55 yaşlı qadının 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtda özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi 2kq. 690 qram çəkidə olan körpə (kişi cinsli) dekabrın 30-da yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.
Son Yazılar:
- Azərbaycanda hava şəraitinin mülayim keçməsinin səbəbi açıqlandı – RƏSMİ
- Ukrayna Rusiya qazının tranzitini bərpa etməyi planlaşdırmır
- Bakıda işsonu AĞIR TIXAC
Süni tənəffüs aparatına qoşulan körpəyə həkimlər və tibbi kollektiv tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib.
Onun tənəffüsü bərpa olunub və yanvarın 10-da evə yazılıb.