Bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Viral.az-a verilən məlumata görə, onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.

Sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək.

Son Yazılar:

Bununla da sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.

Hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir.

Həmin mərkəzlərdə əlilliyi olan uşaqlara və digər həssas kateqoriyadan olan şəxslərə sosial-psixoloji yardım xidməti göstərilir, onların cəmiyyətə uğurlu inteqrasiyası üçün sosial tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu