Bu şirkətlərin quş ətində bakteriya aşkarlandı 

Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.

Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Belarusun “Птицефабрика Городок”, Rusiyanın “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukraynanın “Птицекомплекс Губин”, Gürcüstanın “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son Yazılar:

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbərləri WhatsApp kanalımızdan oxu