İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istənilən təhdidə qarşı qəti tədbirlər görüləcəyi ilə hədələyib.
Viral.az xəbər verir ki, Netanyahu bunu İsrail ordusunun “Ənsarullah” hərəkatının Yəməndəki mövqelərinə zərbələr endirməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, İsrail bundan sonra ölkəni təhdid edən hər kəsə qarşı qətiyyətlə hərəkət edəcək:
Son Yazılar:
- Putinlə Tramp arasında istənilən dialoqu alqışlayırıq
- Aİİ-dən çıxacağı təqdirdə Ermənistanı nə gözləyir
- Ermənistanda həbsxanada məhbus asılmış vəziyyətdə aşkarlandı
“Söz verdiyimiz kimi, husilər bizə qarşı təcavüzlərinin əvəzini ağır ödəyir və ödəyəcək. Bu gün biz husilərin Yəmənin dərinliklərindəki və qərb sahilindəki hədəflərinə zərbələr endirdik”.