Goranboyda maşınlar toqquşdu – 7 nəfər xəsarət aldı

Goranboy rayonunun Rəhimli kəndində iki avtomobil toqquşub, xəsarət alanlar var.

 

Viral.az-ın məlumatına görə, “Ford” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai” sürücüsü, 1987-ci il təvəllüdlü Cəsarət Həsənov, 1993-cü il təvəllüdlü Orxan Məmmədli, 1965-ci il təvəllüdlü Mirvari Məmmədova, 1984-cü il təvəllüdlü Leyla Əlizadə və 12, 11, 3 yaşlı uşaqlar xəsarət alıb.

Son Yazılar:

 

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.