Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhsilin pulsuz olmasına çalışır.
Viral.az xəbər verir ki, bunu keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri deyib.
“Hökumət təhsilin pulsuz olmasına çalışır – bu, hər bir suriyalının hüququdur. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik”, – o deyib.