İndiyədək Rusiyanın Kursk vilayətində Şimali Koreyanın 300 nəfər hərbçisi ölüb, 2700 nəfəri isə yaralanıb.
Viral.az-ın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.
Bildirilib ki, yüksək itkilərin səbəbi Şimali Koreya ordusunun müasir müharibə texnologiyasından anlayışının olmaması, eləcə də pilotsuz uçuş aparatlarını (PUA) vura bilməməsidir.
Son Yazılar:
- Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə prosesi KEÇİRİLDİ
- Milyonları ölkəyə qaytarmayanlar hakim qarşısına ÇIXARILIR
- Bu universitetlərə 27 milyon manat AYRILDI
Kəşfiyyat məlumatlarına əsasən, Koreya Xalq Demokratik Respublikasından olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.
Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.