Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar YARADILACAQ

Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar YARADILACAQ

Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq.

Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyalar mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən yaradılacaq.

Son Yazılar:

Komissiyaların üzvlərini təsdiq etmək üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini beş gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir.