Ötən gün vəfat edən Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev dəfn edilib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mərhum bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Ş.Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
Son Yazılar:
- Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək
- Ermənistan ABŞ-nin başçılıq etdiyi anti-İŞİD koalisiyasına qoşulur
- Xəstəxananın direktoru işdən ÇIXARILDI
Xatırladaq ki, Şəmsəddin Xanbabayev 1992-2000-ci illərdə Naxçıvan MR Baş naziri olub. 2004-2019-cu illərdə isə Xaçmaz rayon İcra Hakimiyyətinə rəhbərlik edib.
İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.